Hər 1000 kişiyə düşən qadınların sayı azalıb - Azərbaycanda

Azərbaycanda hər 1000 nəfər kişiyə düşən qadınların sayı azalıb. Avtosfer.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirir ki, 2014-cü ildə (əhalinin sayı 9 477,1 min) hər 1000 nəfər kişiyə 1 011, 2015-ci ildə (əhalinin sayı 9 593,0) 1 009, 2016-cı ildə (əhalinin sayı 9 705,6 nəfər) 1 007 qadın düşüb.
Ölkədə yaşı 25-dək olan olan hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1000-dən az olsa da, 25 yaşdan sonra bu vəziyyət dəyişir və hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1000-i ötür.
Statistik məlumatlardan məlum olur ki, son 3 ildə hər 1000 nəfər kişiyə düşən qadınların sayının azalması halları əsasən, 15-29 yaş arasında olan kişilər arasında təsadüf olunur. 2014-cü ildə 15-19 yaşlı hər 1000 kişiyə 913, 2015-ci ildə 905, 2016-cı ildə 898 qadın düşüb.
20-24 yaş arasında hər 1000 nəfər kişiyə düşən qadınların sayı 2014-cü ildə 976 nəfər, 2015-ci ildə 957 nəfər, 2016-cı ildə 940 nəfər olub.
25-29 yaş arasında hər 1000 nəfər kişiyə düşən qadınların sayı 2014-cü ildə 1 023 nəfər, 2015-ci ildə 1 021 nəfər, 2016-cı ildə 1 016 nəfər olub.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












