"Hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllə və şəffaflıqla çalışmalıdır” - Eldar Əzizov

Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlarına, eləcə də fəaliyyətdə aşkarlığın daha da artılılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllə və şəffaflıqla çalışmalıdır. Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov bildirib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır.
Emin
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












