Hər dəfə yağışdan sonra Bakıda nəqliyyat NİYƏ İFLİC OLUR? - ŞƏRH

Nəzərə alsaq ki, nəqliyyat sektoruna dövlət tərəfindən milyonlarla pul ayrılır. Lakin bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Bir çox marşrutların düzgün nizamlanmaması, əhaliyə lazımi səviyyədə xidmət göstərməməsi, tez-tez qəzaların baş verməsi ciddi problemə çevrilib. Xüsusilə də yağışlı və qarlı havalarda nəqliyyat sahəsindəki problemlərə daha aydın şəkildə üzə çıxır.
Son iki gün ərzində yağış zamanı baş verənlər də buna əyani sübutdur. Hər dəfə yağışdan sonra Bakıda nəqliyyatın iflic vəziyyətə düşməsinin səbəbi nədir? Bu problemin həlli istiqamətində hansı çıxış yolları var?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov Referans.az-a açıqlamasında bildirib ki, təəssüf ki, nəqliyyat problemləri Bakıda həmişə olub və indi də var. Yol məsələlərini nəqliyyat ilə əlaqəli şəkildə analiz etsək görərik ki, yolların kənarında suburaxıcı və suqəbuledici xüsusiyyətə malik traplar mövcuddur. Həmin traplar isə çox vaxt işləmir.

Ümumilikdə şəhərdə yağış suları ümumi kanalizasiya sistemindən ayrı olmalıdır. Paytaxtımızda isə bu məsələ öz həllini tapmayıb. Yəni yağış suları ümumi kanalizasiya sisteminə axır. Beləliklə də yağıntının miqdarı nisbətən çox olan kimi şəhərin bir çox istiqamətində gölməçələr yaranır.
Ekspert onu da deyib ki, Bakının baş planında bu məsələ də öz əksini tapıb. Lakin bu problemin necə həll olunacağı isə bilinmir. Problem buradadır ki, Bakıda nəqliyyat konkret olaraq bir sistem kimi işləmir. Təbii ki, bu məsələnin həlli istiqamətində bir çox dövlət proqramları işlənilib hazırlanıb. Lakin bu gün üçün görülən işlər həddən artıq azdır. Demək olar ki, indiyə kimi bu sahədə görülən tədbirlər çıxış yolu üçün kifayət etmir.
Mütəxəssis hesab edir ki, Bakının nəqliyyat probleminin həlli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin imkanları xaricindədir. AYNA bu problemi yalnız digər müvafiq dövlət qurumlarının köməyi ilə həll edə bilər. Birmənalı olaraq bu problemin həll edilməsi üçün dövlət səviyyəsində xüsusi komissiya yaradılmalıdır. Həmin komissiyada təcili problemlər edilməlidir. Daha sonra isə perspektivdə olan məsələlərə diqqət yetirilməlidir. Əfsuslar olsun ki, 2019-2023- cü illər üçün Yol Hərəkətinin təhlükəsizliyi haqqında proqram işləmədi. O proqramda xeyli məsələlər var idi. Lakin bu məsələlərin həll olunub olunmadığı da sual altındadır.
"Nəqliyyat elə bir sistemdir ki, hər gün dəyişir. Yəni çox dinamik sahədir. Bu sahəyə xüsusi dövlət nəzarəti gücləndirilməlidir. Ümid edək ki, yaxın gələcəkdə bu problemin həllində ciddi addımlar atılacaqdır",- deyə ekspert əlavə edib.
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB









