"Hər gün 2 milyondan çox yük maşını okeana zibil atır" - BMT rəsmisi

"2040-cı ilə qədər plastik tullantıların yaradığı fəsadların azaldılmasını hədəfləyirik".
Avtosfer.az xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Regional Səviyyədə İqlim Fəaliyyəti Şöbəsinin rəhbəri Şaron Gil WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, hər gün məişət tullantısı ilə dolu 2 milyondan çox yük maşını okeana zibil atır:
"Bunların çox hissəsini plastik tullantıların təşkil edir. Həmin tullantılar okeanlara, dənizlərin çirklənməsinə səbəb olur. Bu məsələnin həlli üçün müxtəlif platformalarda fərqli qurumlar bir araya gəlirlər. Biz ölkələrə bu istiqamətdə milli planlar hazırlamağa kömək edirik. Həmin planlar xüsusilə dənizkənarı ölkələr üçün çox vacibdir.
Plastik tullantıların fəsadlarını 2040-cı ilə kimi azaltmaq hədəfləyirik. Bütün mövcud imkanları səfərbər edib buna nail olmaq istəyirik. Bu istiqamətdə 65 milyon dollar civarında investisiya yatırılacaq. Bu məbləğ ziyanların qarşısını almaq üçün xərclədiyimiz məbləğdən daha azdır. Problemləri aradan qaldırmaq üçün daha çox məbləğ lazım gəlsə də, qarşısı alındıqdan sonra ciddi şəkildə büdcəyə qənaət etmiş olacağıq".
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












