“Hər gün turistlərin keçdiyi yolda zibillər dolub-daşır” - VİDEO

“Abşeron rayonunun Məmmədli kəndi ərazisində zibil qutuları vaxtlı-vaxtında yığışdırılmır. Xüsusən mərkəzi yolun kənarında günün istənilən saatı dolub-daşan zibil yeşiklərini görmək olar. Hər gün kənd ərazisində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən əcnəbi turistlərin də bu yoldan keçdiyini nəzərə alsaq, bunun necə mənzərə yaratdığını təsəvvür etmək çətin deyil”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Məmmədli sakini Nicat Tarverdiyev müraciət edib.
O bildirib ki, turistlərdə neqativ təəssürat yaradan bu hal həm də antisanitariya baxımından narahatlığa səbəb olur. Daşan zibil yeşiklərinin yaxınlığında sahibsiz itlər toplaşır, yerə tökülmüş tullantıları ətrafa yayırlar.
Problemlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Məmmədli kəndində məişət tullantıları əvvəlcədən müəyyən edilmiş cədvələ uğun vaxtlı-vaxtında ərazidən daşınır: “Hazırda Məmmədli kəndinin əsas küçəsində cari təmir işləri həyata keçirilir. Kənddə məişət tullantıları vaxtlı-vaxtında, yəni cədvələ uyğun şəkildə daşınır. Bayram günlərində bir neçə saatlıq yubanma olub, amma ümumən belə bir problem yoxdur. Hazırda kəndin küçələri tamamilə təmizdir. Həmçinin vətəndaşlara çağırış edirik ki, məişət tullantılarını yol kənarında qoyulmuş konteynerlərə atsınlar, kənar yerlərə tullamasınlar”.







Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










