Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları”nda iştirak edəcəklər

İyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin də iştirakı planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan hərbçilərinin Rusiya və Qazaxıstan ərazilərindəki poliqonlarda keçiriləcək “Tank biatlonu”, “Artilleriya atəşi ustası”, “Snayper həddi” və “Səhra mətbəxi” növləri üzrə müsabiqələrində iştirakı nəzərdə tutulub. Bundan əlavə, Azərbaycan, Rusiya və Qazaxıstanın hərbi dənizçilərinin iştirakı ilə Bakı şəhərində “Dəniz kuboku” müsabiqəsi də keçiriləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












