Hərbçimiz yol qəzasında həlak oldu
Gündəm
18 Yanvar 2016 23:41

Ələtdə “Kamaz” markalı avtomobillə «VAZ 2107» toqquşub
Bu gün axşam saat 20.00 radələrində Bakı-Qazax magistralının 66-cı kilometrliyində - Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, «Kamaz» markalı avtomobillə VAZ 2107 markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişin, Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Qarayev Orxan Yaşar oğlu ölüb, bir nəfər yaralı isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həlak olan Orxan Qarayev Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbçidir. Qəza zamanı xəsarət alan şəxs də onun hərbçi yoldaşıdır. Orxan Qarayev Ağsu rayonu, Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayevin oğludur.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Emin
Oxunub : 3959
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 12:00
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
13 Oktyabr 2026 11:30
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
13 Oktyabr 2026 11:00
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
13 Oktyabr 2026 08:33
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
12 Oktyabr 2026 18:30
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
12 Oktyabr 2026 17:46
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
12 Oktyabr 2026 16:48
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
12 Oktyabr 2026 11:30
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
12 Oktyabr 2026 09:23
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
12 Oktyabr 2026 08:54
Həftəyə tıxacla başladıq - SİYAHI
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
ŞƏRH YAZ












