Hərbi Dəniz Qüvvələrinin dalğıc heyəti ilə toplanış keçirilib - VİDEO

Hərbi Dəniz Qüvvələrinin (HDQ) 2025-ci il üçün təsdiq edilmiş hazırlıq planına əsasən, dalğıc heyəti ilə keçirilən təlim-metodiki toplanış çərçivəsində axtarış-xilasetmə və dalğıc işləri üzrə ixtisas məşğələləri intensiv olaraq davam etdirilir.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, tibb personalı tərəfindən müayinədən keçmiş dalğıclar tapşırıqları icra etməyə buraxılıb. Heyətin işarələrlə xəbərləşmə və idarəetmə bacarıqları qənaətbəxş hesab edilib. Cari mərhələdə sualtı hərəkət vasitələri və digər axtarış üsullarından istifadə edərək batmış obyektin axtarışı, tapılması və su üzərinə qaldırılması üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Bundan başqa, toplanış zamanı barokamerada insan orqanizminin yüksək təzyiqə uyğunlaşdırılması, qəzalı dalğıca ilk yardımın göstərilməsi üzrə nəzəri və praktiki məşğələlər yerinə yetirilib. Şəxsi heyət səthdən qidalanma üsulu ilə sualtı dalğıc işlərini həyata keçirərək nəzəri biliklərini təcrübədə tətbiq ediblər.
Qeyd edək ki, toplanışın əsas məqsədi dalğıc heyətinin ixtisas hazırlığının artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım



















