Hərbi hissə və birləşmələrdə xüsusi rejim tətbiq olunub

Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir. Eyni zamanda hərbi qulluqçulara günorta saatlarında istirahət üçün vaxt da verilir.
Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlar kondisioner və ventilyatorlarla təmin edilir.
Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












