Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb - VİDEO

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının, o cümlədən Hərbi Dəniz Qüvvələrinin hərbi hissə və birləşmələrində bölmələrin döyüşə hazırolma vəziyyəti qəfil yoxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoxlamalar zamanı “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılan tank bölmələrinin tapşırıqları dəqiqləşdirilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və hərbi gəmilərin heyətləri tərəfindən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda əməliyyat şəraiti, eləcə də strateji təyinatlı infrastrukturların mühafizəsi üzrə döyüş tapşırıqları barədə məruzələr dinlənilib. Yoxlamaların keçirilməsində əsas məqsəd qoşun növü bölmələrinin qarşılıqlı əlaqədə döyüşə hazırolma vəziyyətinə gətirilmə vərdişlərinin, eləcə də komandir heyətinin yaranmış şəraitə uyğun vəziyyəti qiymətləndirmə və çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsidir.
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO










