Hərbi hissənin yubileyi qeyd olundu - FOTO

Bu günlərdə DİN Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissənin yaranmasının 29-cu ildönümü qeyd olunub. Əvvəlcə mərasim iştirakçıları hərbi hissənin ərazisində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə təzə-tər gül dəstələri qoyulub, daha sonra hərbi hissənin klubunda təntənəli tədbir keçirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni ifa olunub.
Hərbi hissə komandiri, mayor Emil Rüstəmov mərasim iştirakçılarına hərbi hissənin ötən illərdə keçdiyi döyüş yolu haqqında məlumat verərək torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissənin şəxsi heyətinin xüsusi şücaət və fədakarlıq nümunələri göstərdiyini, Daxili Qoşunların ilk şəhidi, çavuş Hətəmxan Babayevin və Daxili Qoşunların Milli Qəhrəmanı Ruslan Muradovun da məhz bu hərbi hissədə xidmət etdiklərini bildirib. Horadiz sərhədyanı yaşayış məntəqəsinin və 12-dən artıq kəndin azad olunması ilə nəticələnən döyüşlərdə 19 nəfər şəhid olduğunu, 3 nəfər isə itkin düşdüyünü qeyd edib.
Sonra ildönümü münasibəti ilə şəxsi heyətə Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunlar Komandanının təbrik məktubu çatdırılıb.
Daha sonra xidmətdə fərqlənmiş, yüksək peşə hazırlığı, nümunəvi intizam nümayiş etdirən hərbi qulluqçular mükafatlandırılıb.
Mərasimdə iştirak edən DİN Veteranlar Şurasının sədri, ehtiyatda olan polis polkovniki Fərhad Süleymanov çıxış edərək şəxsi heyətə öz təbriklərini çatdırmış, döyüş hazırlığı səviyyəsinin daim yüksək saxlamağı, nizam-intizama riayət etməyi tövsiyə edib.
Daxili Qoşunların Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik Çingiz Daşdəmirov və veteran, ehtiyatda olan polkovnik Əli Adıgözəlov ildönümü ilə əlaqədar şəxsi heyətə öz təbriklərini çatdırıblar.
Daxili Qoşunların nümunəvi hərbi orkestri şəxsi heyət qarşısında ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














