Hərbi vertolyot qəzaya uğradı
Gündəm
23 İyun 2017 08:07

Hadisə təlim zamanı baş verib
Polşa Silahlı Qüvvələrinin İtaliyanın şimal-şərqində keçirilən hərbi təlimlərdə iştirak edən vertolyotu cümə axşamı Paduya əyalətinin Massandzaqo şəhərciyi yaxınlığında qəzaya uğrayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, göyərtəsində 5 Polşa və 1 Fransa hərbçisi olan vertolyot Rivolto hərbi aerodromundan havaya qalxıb və digər helikopterlərlə birgə təlim uçuşunda iştirak edib. Birdən helikopterin turbinini alov bürüyüb və pilot yerli fermer təsərrüfatlarından birinin ərazisinə təcili eniş etmək məcburiyyətində qalıb. Şahidlərin sözlərinə görə, qəza enişi anında göyərtədə güclü yanğın baş verib. Bununla belə, vertolyotda olan hərbçilərin heç biri ciddi xəsarət almayıb, pilota təcili tibbi yardım göstərilib.
Oxunub : 1048
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
ŞƏRH YAZ












