Hərbi xidmətini istirahət mərkəzlərində keçirən məmur oğlu – FOTO-YENİLƏNİB

Gündəm 12 Aprel 2016 18:03 Oxunub 34628
Hərbi xidmətini istirahət mərkəzlərində keçirən məmur oğlu – FOTO-YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazim İbrahimovun oğlu Elnur İbrahimovla bağlı maraqlı məlumat daxil olub

Son günlərdə cəbhədə baş verən hadisələr insanlarda çox böyük ruh yüksəkliyi yaradıb. İnsanlar qəti əminlik yaranıb ki, ordumuz qısa müddət ərzində işğal altında olan torpaqlarımızı azad edə bilər. Maraqlıdır ki, cəbhədə qızğın döyüşlər getdiyi zamanlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə üz tutanların sayı-hesabı yox idi. Həmin günlərdə hətta məmur övladlarının cəbhəyə yollanmaq istədiyi barədə də məlumatlar yayılırdı. Bu ruh yüksəkliyi şəhidlərimizin dəfn mərasimlərində də özünü göstərdi. Criminal.az xəbər verir ki, belə həssas məqamda Moderator.az-a məmur övladlarından biri – Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovla bağlı maraqlı məlumat daxil olub.

Əvvəlcə onu qeyd edək ki, ötən ilin iyul ayında mətbuatda Elnur İbrahimovun Silahlı Qüvvələrdə hərbi xidmətə yollanması haqqında məlumat yayılıb. Qeyd edilib ki, hərbi xidmətə yollanan E. İbrahimov “N” saylı hərbi hissədə sıravi əsgər kimi xidmətini aparacaq.

Məlumatda qeyd edilib ki, 1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E. İbrahimov Londonda ali təhsil alıb və təhsilini başa vuraraq hərbi çağırış vərəqəsi əsasında xidməti borcunu yerinə yetirməyə yollanıb. E. İbrahimov N. İbrahimovun yeganə oğludur. Məlumatda isə iddia olunur ki, Elnur İbrahimov xidmət dövrünü hərbi hissədə yox, ayrı-ayrı istirahət mərkəzlərində, şəxsi təyyarəsində, müxtəlif xarici ölkələrdə keçirir. Məlumatın sübutu kimi bizə bir neçə foto da göndərilib. Fotoları təqdim edir və bildiririk ki, qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. Bu iddiaların nə dərəcədə doğru olub-olmadığını isə biz yox, müvafiq qurumlar araşdıra bilər. 

***

Azərbaycanın Diasporla İşü zrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov müddətli hərbi xidmətdə olan oğlu Elnur İbrahimovun xidmətdən yayınması, vaxtını istirahətdə keçirməsi ilə bağlı yayılan xəbərlərə və fotolara münasibət bildirib. N.İbrahimov APA-ya açıqlamasında bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Elnur İbrahimov haqqında yayılan məlumatlar tamamilə əsassızdır. O diqqətə çatdırıb ki, bu məlumatlar böhtan xarakteri daşıyır və dərc olunan fotolar E.İbrahimovun hərbi xidmətə getməsindən xeyli əvvələ aiddir: “Elnur İbrahimov hazırda xidmət keçdiyi hərbi hissədədir və Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirməyə çalışır. Onun olduğu hərbi hissədə nizam-intizam qaydaları o qədər ciddidir ki, hətta qanuni məzuniyyətdə olduğu dövrdə belə hərbi hissənin yerləşdiyi rayonun ərazisini tərk etməyə icazə verilmir, nəinki harasa istirahətə getməyə. Hesab edirik ki, kütləvi informasiya vasitələrinin nümayəndələri xüsusilə indiki həssas məqamda bu cür yoxlanılmamış məlumatları yaymaqdan çəkinməli, belə düşünülməmiş addımların cəmiyyətdə süni gərginlik yarada biləcəyini nəzərə almalıdırlar. İnanırıq ki, bu "məlumat" indiki həssas məqamda məqsədli olaraq dövriyyəyə buraxılmayıb, sadəcə, bəzi media nümayəndələrinin qeyri-peşəkar fəaliyyətinin nəticəsi olaraq meydana çıxıb. Bəzi jurnalistlər nəzərə almalıdırlar ki, belə əsassız informasiyalar Azərbaycan Silahlı Qüvvələrinin nüfuzuna da xələl gətirə, silahlı qüvvələrimizdə intizam qaydalarına riayət olunmaması kimi yanlış təsəvvür formalaşdıra bilər”.

Komitə sədri sonda bir daha bildirib ki, Elnur İbrahimov hazırda hərbi xidmətini davam etdirir və onun xidmətdə olduğu hərbi hissədə nizam-intizam qaydalarına kifayət qədər ciddi riayət olunur: "Elnur Azərbaycan Silahlı Qüvvələrində xidmət etməkdən şərəf duyur".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh