Heroin verib “Land Cruiser” alan azərbaycanlı tutuldu - FOTO

Azərbaycanlı heroini “Land Cruiser”ə dəyişmək istəyərkən tutuldu (FOTO) Rusiyada 46 yaşlı Azərbaycan vətəndaşı heroini "Toyota Land Cruiser” markalı avtomaşına dəyişmək istəyərkən yaxalanıb. Avtosfer.az-ın baku.ws-ə istinadən məlumatına görə, hadisə Amur vilayətində qeydə alınıb. 1 milyon rubl (20 min AZN) dəyərində narkotik maddəni azərbaycanlı xəbəri olmadan polisə satıb. Əməliyyat həyata keçirən Rayçixinsk rayonu üzrə narkotik polisi cinayətkarı iş başında yaxalayıb. Saxlanılan azərbaycanlının gödəkcəsinin cibindən 240 qram narkotik maddə aşkarlanıb. O, məhz bu bağlamanı maşının müqabilində "ilkin ödəniş" kimi vermək niyyətində olub. Sənədləşmə işlərindən sonra ikinci partiya təhvil verilməli idi. Qalan heroini o, evində saxlayıb. Polis azərbaycanlının evində 110 qram heroini tapıb. Əməliyyat məlumatına görə, kişi bu narkotik maddəni Azərbaycandan gətirib.
Qara bazarda ələ keçirilən narkotikin qiyməti 3 milyon rubl (60 min AZN) civarında qiymətləndirilir. Saxlanılan şəxs barəsində cinayət işi qaldırılıb. Heroini cipə dəyişmək istəyən azərbaycanlını 20 ilədək həbs gözləyir.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO












