Hesabatını gizlədən şirkət CƏRİMƏLƏNDİ

Azərbaycanın ən iri nəqliyyat şirkətlərindən biri olan "Alliance Logistics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati protokol tərtib edilib. Avtosfer.az "Yurd.Media"ya istinadən xəbər verir ki, şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc olunmayıb. Buna görə də "Alliance Logistics” barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə protokol tərtib edilib. MMC-nin nümayəndəsi izahatında göstərib ki, əməkdaşlıq etdikləri auditor şirkəti ilə müqavilə bağlanıb, hesabatın təqdim edilməsi ilə bağlı akt da mövcuddur. Lakin Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə edilib.
Xatırladaq ki, 2018-ci ildə yaradılan "Alliance Logistics”in rəhbəri Teymur Musayevdir.
Qeyd edək ki, ötən il "Alliance Logistics”in ümumi konteyner daşımalarının həcmi 50 000 TEU (20 futluq ekvivalent) təşkil edib. Daşımaların 57 %-i tranzitin payına düşüb. Yük axınlarının formalaşmasında Orta Dəhliz və Bakı–Tbilisi–Qars (BTQ) xətti əsas rol oynayıb. Çin istiqaməti isə ümumi daşımaların 30 %-ni formalaşdırıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












