Həsən Şirinovun bacısı oğlu həbs olundu - 170 min manata görə

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib. Avtosfer.az xəbər verir ki, bu barədə “azpolitika”ya Xətai Rayon Məhkəməsindəki mənbələrdən məlumat daxil olub. Cahangir Əliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün keçmiş əməkdaşıdır. O, sahibkarlıqla məşğul olan vətəndaşın 170 min manatını ələ keçirib qaytarmadığına görə sonuncunun şikayəti əsasında polis orqanlarından uzaqlaşdırılıb. Maraqlıdır ki, hazırda İcra Şöbələrində general Həsən Şirinovun daha bir neçə yaxınının – digər bacısı oğlu Ələmşah Cəfərovun, qardaşı Aslan Şirinovun və başqa yaxınlarının icra etmədikləri bir neçə məhkəmə qətnamələri var. Onlar saxta sənədlər əsasında ələ keçirdikləri torpaqları satıb, pulunu mənimsədikləri onlarla vətəndaşın – o cümlədən Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və İbrahimova Şəbnəm Eldar qızının külli miqdarda vəsaitini geri qaytarmaq barədə məhkəmə qərarlarını icra etmirlər. Lakin məhkəmə icraçıları hansısa səbəbdən, istisna deyil ki, cavabdehlər məhz general Həsən Şirinovun yaxınları olduqlarına görə vətəndaşlara dəymiş ziyanı ödətdirmirlər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












