Hətəmpaşanın qətli ilə bağlı məhkəmə başladı - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Şahlar Əliyevin (1995-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ötən il iyunun 23-də “İçəri şəhər” metrosunun yaxınlığında, S.Rüstəmov, 16 ünvandakı mənzildə qətl baş verib. Səbail RPİ 9-cu polis bölməsi və rayon prokurorluğunun əməkdaşları aydınlaşdırıblar ki, Şabran rayon sakini Ayla Dəmirova (1988-ci il təv.) bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılarkən kəskin qanitirmədən dünyasını dəyişib. Araşdırma zamanı məlum olub ki, mərhumu yaxın münasibətdə olduğu Şahlar Əliyev qətlə yetirib. Onunla eyni mənzildə yaşayan rəfiqələri Aylanın bıçaqlandığını gördükdə, ona yardım etməyə çalışıblar, lakin təqsirləndirilən şəxs onlara da bədən xəsarətləri yetirib. İstintaqın gedişatında qətlə yetirilən Ayla Dəmirovanın hadisədən 1 ay əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlməsi müəyyən edilib. Onda məlum olub ki, Ayla Dəmirova əvvəllər Hətəmpaşa Dəmirov olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.
Mərhumun yaxınlarının sözlərinə görə, Ayla ilə Şahlar sevgili olublar. Dindirmə zamanı təqsirləndirilən şəxs bildirib ki, Dəmirova ona dostu ilə birlikdə xəyanət edib, buna görə o, qısqanclıq zəminində onu qətlə yetirib. Məhkəmə prosesi qapalı keçirilir.
Qeyd edək ki, ötən il mayın 21-də Bakıda zəncirvari qəza baş verib. Hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb. Həmin yolla Bakıxanov küçəsi istiqamətində olan “KİA” və “Dodj” markali minik maşınları toqquşub. “KİA” daha sonra dalan yolda olan “Mercedes”ə, o isə “Pejo”ya çırpılıb. Hadisə ilə bağlı araşdırmalar aparılır. Qeyd edək ki, “KİA” markalı avtomobilin sükanı arxasında “Rəna” kimi tanınan Hətəmpaşa adlı şəxs olub.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
















