“Həyatıma təhlükə var” - İş adamından müraciət

“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri həyatına təhlükə olması ilə bağlı açıqlama yayıb. Şirkətdən Avtosfer.az-a daxil olan xəbərə görə, 8 iyun 2017-ci il tarixdə bir qrup şəxslə əlbir olaraq SAFASTORE supermarketinə hücum təşkil edərək ictimai qaydanı kоbud surətdə pоzan həbsdə olan Azadxan Xanməmmədov barəsində külli miqdarda zərər vurmaqla törətdiyi dələduzluq cinayəti ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilib. Şirkətin baş direktoru Faiq Seyidov müraciətində bildirib ki, hazırda xuliqanlıq maddəsi ilə həbsdə olan “iş adamı” Azadxan Xanməmmədov onun etibarından sui-istifadə etməklə 2014-cü ildə razılaşma əsasında 1,5 milyon manata satdığı əmlakı bu günə kimi mülkiyyətinə keçirməkdən müxtəlif bəhanələrlə boyun qaçırıb: “Sonradan məlum olub ki, bu əmlak ona yox, oğlu Azər Xanməmmədova məxsus imiş və bizə satmamışdan xeyli əvvəl 2010-cu ildə “Access Bank” QSC girov qoyub külli miqdarda kredit götürübmüş. Azadxan Xanməmmədovun etibardan sui-istifadə edərək külli miqdarda ziyan vurmaq yolu ilə törətdiyi hərəkətlərlə bağlı AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsi və cinayət işinin başlanması üçün tərəfimizdən Binəqədi RPİ-nə ərizə ilə müraciət olunub”.
F.Seyidov müraciətində qeyd edib ki, artıq bir ildən çoxdur Azadxan Xanməmmədovun şantaj və böhtanlarına məruz qalır: “Hazırda həbsdə olmasına baxmayaraq yenə də çirkin əməllərindən əl çəkmir. Bizdə olan məlumata görə bütün əməllərinin boşa çıxdığını görən Azadxan Xanməmmədov cinayətkarlara pul vəsaiti təklif etməklə mənim və ailə üzvlərimin həyatına təhlükə yaratmağı planlaşdırır. Bu əməllərində müxtəlif media orqanlarından istifadə edərək özünü yalandan şirkətin ortağı kimi qələmə verir, razılaşma əsasında 1500 000 manata satdığı əmlakın guya zəbt edildiyini bəyan edir. “XALİQ FAİQOĞLU” şirkətinin uğurlarını, sərnişindaşıma sahəsində həyata keçirdiyi islahatları həzm edə bilməyən dələduz “iş adamı” hər bir vasitə ilə fəaliyyətimizə mane olmağa çalışır.
Eyni zamanda məlum olub ki, Azadxan Xanməmmədovun külli miqdarda ziyan vurmaqla törətdiyi cinayət hadisəsinin tək qurbanı biz deyilik. Məlum olur ki, Azadxan Xanməmmədov haqqında müxtəlif istintaq orqanlarında ayrı-ayrı cinayət işləri aparılır”.
Emin
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










