Heydər Əliyev adına Hərbi İnstitutda məzunların buraxılış mərasimi keçirildi - FOTOREPORTAJ

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun məzun buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
“Report” xəbər verir ki, sayca 22-ci olan buraxılışda Müdafiə Nazirliyinin nümayəndələri, zabitlər, institutun pedaqoji kollektivi, eləcə də valideynlər iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor, general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə kursantları və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, məzunlara cansağlığı, ailə səadəti və xidmətdə uğurlar arzulayıb. O bildirib ki, bu il institutu bitirən məzunlar arasında 2 Qırğızıstan, 7 Tacikistan vətəndaş var:
“Silahlı Qüvvələr, eləcə də institutumuz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Bu gün məzunlarımızdan 4 nəfəri təhsil dövründə yüksək nəticə göstərdiklərinə görə bir başa baş leytenant rütbəsi ilə təltif olunub. 44 günlük Vətən müharibəsində qazanılan qələbə xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanların inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi”.
Heydər Əliyev adına Hərbi İnstitutun tədris və intizamda fərqlənən məzunlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.
İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra yaş kötüyünə simvollar vurulub.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.
Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










