Həyəcan təbili: "Asfaltda yeni çatlar yaranıb, sürüşmə prosesi davam edir"

Hazırda Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yollarında sürüşmə hadisələri baxımından vəziyyət gərgindir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib. Onun sözlərinə görə, Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci kilometrliyində asfalt üzərində yeni çatlar yaranıb: "Hazırda ərazidə sürüşmə prosesi davam edir. Yolun bir hissəsi dağılıb. Ağsu aşırımı onsuz da təhlükəli zonadır. Payızda havanın rütubətli keçməsi, yağıntıların çox olması sürüşmələrin fəallaşmasına səbəb ola bilər".
S.Tarixəzəri qeyd edib ki, Böyük Qafqazın cənub yamacında fəallaşan sürüşmə sahələrinə Şamaxı (Muğanlı, Qaravəlli, Mədrəsə kəndləri və b.), Ağsu, İsmayllı (Basqal kəndi və b.) rayonları aiddir. Sürüşmələr həm də Dəmiraparançay, Girdimançay, Ağsuçay, Daşağılçay, Pirsaatçay və s. çay dərələrində geniş yayılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












