“Həzi Aslanov”da təmir nə vaxt yekunlaşacaq? – RƏSMİ AÇIQLAMA

Ötən il noyabr ayının 30-dan “Həzi Aslanov” metrostansiyanın dalanında əsaslı təmir və bərpa işləri görülür. Təmirlə əlaqədar Qırmızı (“İçərişəhər” metrostansiyasından) və Yaşıl (“Dərnəgül” metrostansiyasından) xətlərin hərəkət cədvəlində dəyişiklik edilib.
Belə ki, “Həzi Aslanov” stansiyası sərnişindaşımanı dayandırmasa da, qatarlar hər iki xətt üzrə “Əhmədli” stansiyasına və geri istiqamətdə hərəkət edir. “Həzi Aslanov” stansiyasına gedənlər isə “Əhmədli” və “Həzi Aslanov” arasında 10 dəqiqə intervalla hərəkət edən qatarla mənzilbaşına çata bilirlər.
İlin sonuna az qalıb. Bir ildən artıq davam edən təmir nə zaman yekunlaşacaq?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Bizim.Media”ya bildirib ki, dalan gələn ilin ikinci yarısında istifadəyə veriləcək:
“Qırmızı xəttin fəaliyyətdə olan "Həzi Aslanov" stansiyasında dalan hissəsi gələn ilin ikinci yarısı ərzində istifadəyə veriləcək. Bu, təmir və yenidənqurma işləridir və çox vaxt aparır. Planlanmış qayda üzrə 2026-cı ilin sonudur, lakin ikinci yarımil ərzində bitməsi gözlənilir”.
Qeyd edək ki, dövlət proqramı çərçivəsində layihə adı Y-17 və yaxud "Həzi Aslanov-2" şərti adı olan stansiyanın inşasının da 2030-cu ilə qədər yekunlaşdırılması nəzərdə tutulub.
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı










