Hikmət Hacıyev çinli nazirlə müzakirə aparıb

Gündəm 24 Aprel 2026 19:57
Hikmət Hacıyev çinli nazirlə müzakirə aparıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə ikitərəfli əməkdaşlığı müzakirə edib. Avtosfer.az xəbər verir ki, bu barədə H.Hacıyev özünün "X" hesabında məlumat paylaşıb. "Azərbaycan və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik", - deyə o qeyd edib.

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh