Hikmət Hacıyev Mirzoyanı ifşa etdi - VİDEO - FOTO

“Ermənistan XİN rəsmi olaraq dezinformasiya yaydığı zaman faktların yoxlanması və miflərin aşkarlanması lazımdır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.
“Birincisi, yerli polis valideyn tərəfindən nəzarətsiz qaldıqlarına görə 2 uşağın səhlənkarlıq və maşındakı yüksək temperatur nəticəsində yuxuda olarkən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil.
İkincisi, Laçın keçid məntəqəsi işləyir, lakin ümumilikdə onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur.
Üçüncüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın keçid məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”, - Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, Ararat Mirzoyan tvitter hesabında azyaşlı uşaqların “Qarabağdakı humanitar vəziyyət” səbəbilə vəfat etdiyini yazıb. (qafqazinfo)


Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










