Hikmət Mirzəyev Pəncəli Teymurovun anasının qarşısında... - VİDEO

Ötən gün Xüsusi Təyinatlı Qüvvələrin komandiri, general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev XTQ-nin bir qrup hərbçisi ilə Aprel döyüşlərinin şəhidi, XTQ-nin əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun anası ilə görüşüb.
Avtosfer.az qafqazinfo.az-aistinadən xəbər verir ki, XTQ-nin böyük nümayəndə heyəti ilə Astara rayonuna gələn H.Mirzəyev Pəncəlinin anası Vahimə Teymurova ilə birgə şəhidin məzarına baş çəkib.
Şəhidin abidəsi önünə əklillər və gül dəstələri qoyulub. XTQ komandiri şəhidin anasına təsəlli verərək, şəhidliyindən illər keçməsinə baxmayaraq oğlunun qəhrəmanlığının dillər əzbəri olmasından söz açıb, ruhuna dualar oxuyub.
Qeyd edək ki, P.Teymurov Talış yüksəkliklərinin alınmasında şəxsi igidliyi ilə fərqlənərək 3 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub. O, toyunda özünə şəhidlik arzulamışdı.
Xatırladaq ki, tanınmış fotoqraf Orxan Əzimin bir həftə öncə "Qafqazinfo"da "Pəncəlinin anası" adlı fotosessiyası yayımlanıb.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










