Hindistan Azərbaycan vasitəsilə Rusiyaya yük daşımalarına başlayır

İran, Azərbaycan, Rusiya və Hindistan gələn aydan etibarən “Şimal-Cənub” nəqliyyat dəhlizini Hindistandan Rusiyaya multimodal yüklərin daşınması üçün istifadə etmək barədə razılığa gəlib. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə “İran dəmir yolları” şirkətinin vitse-prezidenti Hüseyn Aşuri deyib.
Onun sözlərinə görə, Hindistandan yüklər İranın cənub limanına çatdırılacaq, oradan isə qatar və yük maşınları vasitəsilə Azərbaycandan keçməklə Rusiyaya hərəkət edəcək.
Bu marşrut üzrə sınaq konteyner qatarı iki ay əvvəl yola salınmışdı. H.Aşurinin sözlərinə görə, hazırda bu yolla yük daşınması 22 gün davam edir, daha sonra isə bu müddət 19 günə qədər azalacaq. “Şimal-Cənub” dəhlizi ilə bağlı danışan H.Aşuri bu marşrutla əlaqədar İranın ölkə daxilində iki dəmir yolu xəttinin tikntisini planlaşdırdığını deyib.
Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yollarının müvafiq olaraq 7 ay və 5 il müddətinə başa çatdırılacağı gözlənilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












