Hindistan Şimal-Cənub dəhlizi ilə yük daşınmasını artıracaq

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm dayaq məntəqəsi olan İranın Çabahar limanı Hindistanın idarəçiliyinə veriləcək. Azərtac-ın verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhaninin Hindistana rəsmi səfəri çərçivəsində iki dövlət arasında əməkdaşlıq haqqında 15 sənəd imzalanıb. İmzalanan sənədlərdən biri İranın Çabahar limanının idarəçiliyinin Hindistana verilməsi ilə bağlıdır. Hindistanın baş naziri Narendra Modi ilə İran prezidenti H. Ruhaninin görüşündə Çabahar limanının idarəçiliyinin müvəqqəti olaraq Hindistana verilməsi haqqında razılıq əldə olunub. Xatırladaq ki, bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rola malikdir. Hindistan Çabahar limanı vasitəsilə Əfqanıstan, Orta Asiya və Şərqi Avropa ölkələri ilə ixrac-idxal əməliyyatlarını həyata keçirmək niyyətindədir. Yüklər Hindistanın Mumbai limanından gəmilərlə İranın Çabahar limanına gətiriləcək, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə çatdırılacaq. Əks istiqamətdə daşınma da Hindistan üçün olduqca sərfəlidir. Hindistanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə maraq göstərməsi İran ilə yanaşı, Azərbaycanın da iqtisadi maraqlarına uyğundur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












