Hitlerin zirehli avtomobili hərraca çıxarılıb - FOTO

Nasist Almaniyasının lideri Adolf Hitler tərəfindən istifadə olunan zirehli avtomobil ABŞ-da “Worldwide Auctioneers” hərrac evində satışa çıxarılıb.
Avtosfer.az "Report"a istinadən istinadən xəbər verir ki, qeyri-adi dizayna malik olan və üstü açılan minik avtomobilinin bu həftə hərracda milyonlarla dollara satılacağı gözlənilir.
Yanvarın 17-də Arizona ştatında keçiriləcək hərracdan əldə olunan gəlir xeyriyyə təşkilatının hesabına köçürüləcək.
Qeyd edək ki, 1939-cu ildə istehsal edilən “Mercedes-Benz 770 Grosser Offener” modeli indiyədək satışa çıxarılan ən tarixi əhəmiyyətli avtomobil hesab olunur.
Dövrünün ən son texnoloji nailiyyətləri özündə əks etdirən dörd nəfərlik avtomobildə İtaliya siyasətçisi Benito Mussolininin Münhenə dövlət səfəri zamanı istifadə olunub. Avtomobildən həmçinin nasistlərin fransızlar üzərində qələbəsi münasibətilə 1940-cı ildə Berlində keçirilən parad zamanı istifadə edilib.
7.7 litr mühərrikli və 230 at gücünə malik olan avtomobilin maksimal sürəti saatda 100 kilometrdir. Nəqliyyat vasitəsi qalınlığı 30 mm olan gülləkeçirməyən şüşələrə malikdir.
Avtomobildən sonuncu dəfə nasist Almaniyasının Yuqoslaviya və Yunanıstan üzərində qələbə qazanması münasibəti ilə 1941-ci ilin mayın 4-də A.Hitlerin iştirakı ilə Berlində keçirilən parad zamanı istifadə olunub.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB

















