Hökməlidə içməli sudan pis qoxu gəlir - İDDİA

Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində sakinlər içməli sudan pis qoxu gəldiyini iddia edirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
İddia olunub ki, altı aydan çoxdur, içməli sudan pis iy gəldiyi üçün sakinlər əziyyət çəkirlər.
Məsələ ilə bağlı Oxu.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd edilən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.
"Qayda belədir, abonentin dəqiq ünvanı və əlaqə nömrəsi təqdim edilməlidir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Suyun Təhlükəsizliyi və Ekologiya Şöbəsinin əməkdaşları həmin ünvandan su nümunəsi götürərək laboratoriyaya təqdim etsin. Məhz analizin nəticəsindən sonra vəziyyətə aydınlıq gətirilə bilər.
Onu da xatırladaq ki, əgər suyun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa, abonentlə əlaqə saxlanılır və zərurət olduğu təqdirdə plandankənar şəkildə su nümunələri laboratoriyalara göndərilərək uyğun parametrlər üzrə yoxlanışlardan keçirilir. Nəticələrə dair müvafiq şöbəyə məlumat verilir və problem müşahidə olunduqda aradan qaldırılması işi icra edilir", - deyə qurumun açıqlamasında vurğulanıb.
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











