“Hökümənin son uçuşları idi…" - FOTO

“Hökümənin həlak olduğunu atası dedi. Hökümə 6-cı sinfə qədər Rusiyada oxuyub, vətəni çox istəyirdi. Sonra ölkəmizə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu”.
Avtosfer.az xəbər verir ki, bunu APA-ya AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası Kəmalə Alıyeva bildirib.
O, qızının 2016-cı ildən AZAL-da çalışdığını deyib: “Hökümə çox gülərüz idi. Əksər ölkələrdə olmuşdu. Hər zaman deyirdi ki, mənimlə fəxr edin. Bir dəfə səfərdən dönəndə dedi ki, az qala təyyarə qəza edəcəkdi… Bu dəfə qəza oldu, qızım xilas ola bilmədi”.
Hökümənin atası Cəlil Alıyev isə Modern.az-a açıqlama verərək qızının sonuncu uçuşlarını həyata keçirdiyini, bundan sonra çalışdığı şirkətdə hüquqşünas kimi işə başlayacağını bildirib: “1993-cü ildə kəndimizin işğalı səbəbilə məcburi köçkün kimi Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşmışdıq. 1996-cı ildə isə Rusiyaya köçdük, bir müddət Volqoqrad vilayətində yaşadıq. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində oxudu, daha sonra Gəncə şəhərinə köçdük. Hökümə təhsilini burada davam etdirdi, Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirəndən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil oldu. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də tamamladı. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başladı, daha sonra stüardessa kimi fəaliyyət göstərdi. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi, işə götürülmüşdü, bu onun son uçuşları idi”.

Ailəyə rəsmi qurumlardan bildirilib ki, Hökümə Əliyevanın nəşi ən qısa zamanda ailənin yaşadığı Gəncə şəhərinə aparılacaq.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan idi. O, BDU-nun Hüquq fakültəsinin məzunu olub.



Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










