“Hökumət Evi” tərəfdə restoran səkini zəbt etmişdi; İCRA YIĞIŞDIRDI - VİDEO - FOTO

Baki şəhər Ticarət və Xidmət Departamentindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən iaşə obyektinə departament tərəfindən heç bir rəsmi icazə verilməyib. Sahibkara xəbərdarlıq edilərək sözügedən masalar səkidən yığışdırılmışdır.
***
13:30
***
Paytaxtın mərkəzində, Fikrət Əmirov parkının yaxınlığında yerləşən “VINTIQUE” restoranı piyadaların təhlükəsiz hərəkətinə ciddi maneə yaradıb.
Avtosfer.az xəbər verir ki, restoran rəhbərliyi piyada səkisinin üzərinə masa və stullar yerləşdirərək onu iaşə obyektinin açıq hava hissəsinə çevirib.
Nəticədə ərazidə gediş-gəliş edən vətəndaşlar, xüsusilə yaşlılar və uşaqlı valideynlər, səkidən istifadə edə bilməyərək məcburən avtomobillərin hərəkət zolağına çıxırlar. Bu isə həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaradır.

Ərazidə yaşayan sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə şikayət edilsə də, hələlik heç bir tədbir görülməyib. Onların sözlərinə görə, ictimai iaşə obyektləri öz maraqları naminə ictimai təhlükəsizliyi arxa plana atıblar.
Baki şəhər Ticarət və Xidmət Departamentindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən iaşə obyektinə departament tərəfindən heç bir rəsmi icazə verilməyib.

Eltac Zülfüqaroğlu
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA










