Hökumət rəsmiləri qəzada yaralanan vətəndaşları ziyarət ediblər - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Azər Zeynalov, səhiyyə naziri Niyazi Novruzov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov Türkiyənin İğdır vilayətində iki sərnişin avtobusunun toqquşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarını xəstəxanada ziyarət ediblər. "Report"un məlumatına görə, onları Azərbaycanın Qarsdakı baş konsolu Nuri Quliyev, Naxçıvan Muxtar Respublikasının İğdırdakı təmsilçisi Behbud Qadalı və İğdır valisi Ahmet Turqay Alpman müşayiət edib. İğdır Dövlət Xəstəxanasının baş həkimi Nevruz Erez onlara yaralananların vəziyyəti barədə məlumat verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyədə İğdır-Aralık avtomobil yolunda iki sərnişin avtobusunun toqquşub. Nəticədə 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən 5 nəfəri, xəsarət alanlardan isə 26 nəfəri Azərbaycan vətəndaşıdır.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY



















