Hökümətdən benzinin qiymətindəki artımı dayandırmağı xahiş edib – Bu “əsl xaos”dur

Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev Rusiya hökümətinə benzinin qiymətindəki artımı dayandırmaq üçün müraciət edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə regional rəhbərlik məlumat yayıb.
Regional hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 1-dən Sibirin regionlarında benzinin bütün markaları üzrə qiymət orta hesabla 20 qəpik artıb: "Kuzbassda benzinin 1 litrinin qiyməti 34 rubl (0,9962 manat) təşkil edir.Bu isə yerli orqanlarla olan razılıq pozularaq xəbərdarlıq edilmədən baş verib".
Məlumatda qeyd olunub ki, 2016-cı ildə ən çox satılan Aİ-92 markalı avtomobil benzinin qiyməti 1,8 rubl (0,05 manat) artıb: “Sonuncu artım 10 gün əvvəl olub. Bütün il ərzində qiymət 5 dəfə artıb. Şirkətlər əhaliyə artımın səbəbi və qiymətləndirmə mexanizmi barədə məlumat vermirlər".
Qubernatorun imzası ilə göndərilən teleqramda qiymətin daim artımı “əsl xaos” adlandırılıb. Onun fikrincə, inhisarçılar bazardakı mövqelərindən istifadə edir, kuzbasslıların marağını nəzərə almır və faktiki olaraq əhalinin “cibinə girir”: “Səbəb göstərilmir, insanlar sadəcə fakt qarşısında qalırlar-qiymətlər qaldırılıb. Bunun nəyə gətirib çıxaracağını Meksika nümunəsində görürük. Orada inhisarçılar qiymətləri o həddə artırıb ki, insanlar etiraza qalxıblar”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












