Honkonq-Bakı reysi raket atəşi altına düşdü - FOTO

Honkonq-Bakı marşrutu ilə uçan təyyarə atəş altına düşüb. Çindən buraxılmış ballistik raket düz onun üstündən uçub. Avtosfer.az “Virtualaz.org”a istinadən bildirir ki, raketin işə salınması və buraxılması anını yük təyyarəsi "Boeing 747-8 Freighter”in holland pilotu Kristian van Xeyst çəkib. Nəşr yazır ki, həmin anda o, Honkonqdan Bakıya (Azərbaycan) uçurmuş. Hadisə bazar günü, iyulun 23-də layner Himalayın üstündən uçarkən baş verib. Pilotun sözlərinə görə, raket buraxılarkən onun təyyarəsi həmin yerdə tək olub. "Biz bilirdik ki, Çin hava məkanının bizim marşrutumuzdan şimala və cənuba olan hissəsi bağlanıb, amma bizə bildirməmişdilər ki, raket buraxılışı gözlənilir, ona görə bu hadisə bizi, necə deyərlər, qəflətən yaxaladı”, – van Xeyst vurğulayıb. Sonradan məlum olub ki, raket van Xeystin təyyarəsinin uçuş trayektoriyasından şimala qadağan edilmiş zonadan buraxılıb. "Raket bizim üstümüzdən uçdu. "Həyatda bunu görmək və o hissləri keçirmək yalnız bir dəfə ola bilər”, – deyə pilot qeyd edib.


İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












