Banner

Hövsanın istismara yararsız avtobusları nə vaxt YENİLƏNƏCƏK? – RƏSMİ AÇIQLAMA

Gündəm 20 Oktyabr 2023 13:44 Oxunub 1120
Hövsanın istismara yararsız avtobusları nə vaxt YENİLƏNƏCƏK? – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sərnişindaşımaya qənaətbəşx olmayan və dəfələrlə gündəmə gətirdiyimiz Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrut xəttinə hələ də yeni avtobuslar verilməyib.

Maraqlıdır ki, bu ilin mayında bəhs etdiyimiz xəttdə cəmi bir avtobus yenilənib. Qalanları isə texniki baxımdan yararsız, köhnə avtobuslardır.  


Bəs, sözügedən istiqamət üzrə hərəkət edən avtobuslar tam olaraq nə vaxt yenilənəcək?

Bu barədə Bizim.Media-ya açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulub: 

“Xəbərdarlıqlara riayət etməyən daşıyıcıların istismarında olan marşrutlar müsabiqəyə çıxarılır. Bakı və Abşeron rayonu üzrə son 2 ay ərzində 10 marşrut müsabiqəyə çıxarılıb. Proses davam etdirilir. Xəbərdarlıqlara riayət edən daşıyıcılar da var. Belə ki, sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur”.  

Qurum rəsmisinin sözlərinə görə son bir ay ərzində 74 marşrut xəttinə əlavə avtobuslar buraxılıb:  

“Avtobuslar sahibkarlara məxsusdur. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır”, - deyə Tural Orucov əlavə edib.  

Qeyd edək ki, Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrut xəttinin avtobusları texniki göstəricilərə və standarta cavab vermir.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh