Banner

Hüquqşünas avtoşun 2 ildən sonra cəzalandırılmasını qanunsuz saydı

Gündəm 22 May 2014 15:30 Oxunub 2680
Hüquqşünas avtoşun 2 ildən sonra cəzalandırılmasını qanunsuz saydı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Mən hər hansı hakimin belə kobud səhvə yol verəcəyinə inanmaqda çətinlik çəkirəm»

Xəbər verdiyimiz kimi, Bakıda gəlin kortejini müşayiət edərkən avtoxuliqanlıq edən «VAZ-2107» markalı 90 XF 766 nömrəli avtomobilin sürücüsü həbs olunub. Həmin sürücü Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydiyyatda olan, Nərimanov rayonu ərazisində yaşayan Fuad Rəsulovdur. Dünən polisin keçirdiyi tədbirlər nəticəsində sürücünün şəxsiyyəti müəyyən olunub və o, saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin «avtoxuliqanlıq» maddəsi ilə inzibati protokol tərtib olunan Fuad Rəsulovla bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə avtoş sürücü 30 sutkalıq inzibati həbs cəzası ilə cəzalandırılıb. Bu gün Fuad Rəsulovun yaxınları Avtosfer.az saytına müraciət edərək maraqlı məlumatlar veriblər. Özünü Fuadın yaxın qohumu kimi təqdim edən Pərviz Babayev bildirib ki, bu hadisə 2012-ci ildə baş verib: «Saytınızda yazdğınız avtoxuliqanlıq faktı ilə əlaqədar Fuad Rəsulovun qohumları adından sizə məlum olmıyan bir neçə faktı çatdırmaq istəyirik. Bu hadisə 2012-ci ildə baş verib. Elə həmin ildə də maşin satılıb. Dövlət nömrə nişanı da o maşına məxsusdur. Xahiş edirik, sizə çatdırdığımız məlumatları saytınızda yerləşdirəsiniz».

Pərviz Babayev daha sonra bildirib ki, avtoxuliqan kimi saxlanılan Fuad Rəsulov 3 uşaq atısıdır: «Dünən gəlib apardılar ki, avtoxuliqanlıq etmisən. Sonra məlum oldu ki, bu videonu yaxın qohumlarımızdan biri pis niyyəti olmadan internetdə yerləşdirib. Heç Fuadın bundan xəbəri də olmayıb. Apardılar Xəzər rayon Məhkəməsinə, orada da 30 sutka həbs verdilər. Biz başa düşə bilmirik ki, 2 il bundan əvvəl baş vermiş hadisəyə görə 3 uşaq atası niyə 30 sutka həbsdə olmalıdır? O toyda heç bir hadisə olmayıb, əmim oğlunun toyu idi. Sadəcə, Fuad maşını o cür sürüb. Başqa bir hadisə olmayıb. Bizə maraqlıdır ki, bunlar 2 ildən sonra niyə işin üstünə düşüblər? Axı qanun buna imkan vermir».

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bildirdi ki, həqiqətən inzibati xətanın törədilməsindən 2 ay müddət keçirsə və o müddət ərzində heç bir tədbir görülməzsə, artıq o işə görə məsuliyyət nəzərdə tutula bilməz. Avtosfer.az-a açıqlamasında Ərşad Hüseynov əlavə edib ki, videoyazıdan aydınca görünür ki, «VAZ-2107» avtomobilinin sürücüsünün əməli avtoxuliqanlıqdır və buna hər hansı şübhə ola bilməz. Çünki o, yol hərəkətinin bir neçə qaydasını kobud şəkildə, ardıcıl və davamlı olaraq pozur: «Amma deyildiyi kimi, əgər bu əməl 2012-ci ildə törədilibsə, hər hansı inzibati məsuliyyətindən söhbət gedə bilməz. Çünki İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 2 ay keçənədək verilə bilər. Həmin 2 aylıq müddətdən istisna yalnız bircə halda – iş üzrə icraat bu Məcəllənin 415-ci maddəsində göstərilən əsaslardan biri üzrə dayandırılmış olduqda mümkündür. İcraatı dayandırma isə konkret əsas göstərilməklə çıxarılmış qərardadla rəsmiləşdirilir. Özü də bu halda da icraatın dayandırılması m&uuuml;ddəti maksimum 1 il davam edə bilər. Həmin 1 illik müddət ötdükdən sonra istisnasız olaraq inzibati xətaya görə məsuliyyətə cəlb etmədən söhbət gedə bilməz. Bu, Qanunun imperativ və mütləq tələbidir, həmin tələb heç bir halda və heç kəs barəsində pozula bilməz.

Düzdür, avtoxuliqanlıq kobud və təhlükəli hüquq pozuntusudur.Amma belə təhlükəli hüquq pozuntusunun qarşısını tam qanun çərçivəsində, qanuni  vasitələrlə almaq lazımdır. Hüquq pozuntusunun qarşısını qanunu pozmaqla almağın özü daha təhlükəli hüquq pozuntusudur. Yayılan məlumata görə, həmin avtomobili idarə edən şəxs barəsində 30 gün inzibati həbs tətbiq edilib.

Əgər bu, 2012-ci ildə törədilmiş avtoxuliqanlığa görə edilmişdirsə, çox ciddi bir səhvə yol verilib. Açığı, mən hər hansı hakimin belə kobud səhvə yol verəcəyinə inanmaqda çətinlik çəkirəm. Axı söhbət insan hüquqlarının kobud şəkildə pozulmasından, şəxsin azadlıqdan məhrum edilməsindən gedir. Ona görə də, güman edirəm ki, həmin sürücünü 2012-ci ildə etdiyi avtoxuliqanlığa görə yox, başqa bir əsasla həbs etmiş ola bilərlər. Əgər hər şey həqiqətən də deyildiyi kimidirsə, dərhal apellyasiya şikayəti verilməlidir. Yəqin ki, apellyasiya məhkəməsi buraxılmış səhvi aradan qaldırar».


Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Mahir 10 Noyabr 2014 22:55
2 il qabağ olmuş işi indi həyata keçirməy elə 2 il oyda səf və cinayətdir. Bu insan 3 uşaq atasıdır və bəlkədə çoxdan səfin başa düşüb. Belə anormal qərarlara ancağ gülmək olar. Azərbaycanda qanunları sayan açığ aşkar görünür ki yoxdur. Kim necə istəyir elədə edir.
Elnur 10 Noyabr 2014 22:55
Əziz qardaşım Ərşad, biz yaşadığımız ölkədə anaomal hadisələr çox çox olur. Ancaq bu hadisədə mən heç cür bu avtoşa haqq qazandırmıram. Lap üstündən 3 il keçsə də o bu cəzaya layiqdir. Əgər həmin vaxt o qəza törədib hansısa bir ailəni başsız qoysa idi bunun məsuliyyəti kimin üzərində qalcaqdı 3 uşaq atası olan bir şəxs bu cür anormallıq etməz və heç kim qarantiya vermirki o sabah digər bir neqativ əməl törətməyəcək. Mənə elə gəlir ki hələ bu azdır və onun kimilərinə 1 illik cəza verilməlıdir.