Hüqüqşünasdan sürücülərə tövsiyyə; saat 8-dən 12-yə kimi daha diqqətli olun

Gündəm 21 Oktyabr 2014 17:55 Oxunub 1441
Hüqüqşünasdan sürücülərə tövsiyyə; saat 8-dən 12-yə kimi daha diqqətli olun
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti təhlükəsizliyi baxımından sutkanın ən riskli saatları 20:00-24:00 aralığıdır

Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinə dair statistika açıqlanıb. 2014-cü ilin ilk 9 ayının statistikasına görə, Bakıda 679 cinayət xarakterli yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 237 nəfər ölüb, 667 nəfər yaralanıb. Maraqlısı odur ki, bu hadisələrin təxminən 27%-i saat  20.00-24.00 aralığında baş verib. Hətta həmin 4 saat ərzində ölənlərin sayı sutkanın qalan saatlarında ölənlərin 32%-ni, həmin 4 saat ərzində  yaralananların sayı isə qalan saatlarda yaralananların 26,5 %-ni təşkil edir.

Buradan belə nəticə çıxır ki, yol hərəkəti təhlükəsizliyi baxımından sutkanın ən riskli saatları 20:00-24:00 aralığıdır. Bəs niyə məhz həmin saatlarda daha çox və daha ağır qəzalar baş verir? Şəxsən apardığım müşahidə və araşdırmalar nəticəsində belə vəziyyətin aşağıdakı dörd səbəbini göstərə bilərəm:

1) Bakı şəhərində günün sonunda yaranan tıxaclar məhz saat 20.00 radələrində səngiməyə başlayır. Tıxacda ağır qəza mümkün deyil. Amma əvvəlki saatlarda tıxaclara düşmüş sürücü keçirdiyi psixoloji gərginlik səbəbindən yol hərəkəti qaydalarına məhəl qoymur və qəza riski artır. Özü də nəzərə almaq lazımdır ki, bu tıxaclar iş gününün sonunda sürücülərin əksəriyyətinin yorğun olduğu vaxtlarda baş verir və bu səbəbdən bəzi sürücülərin keçirdiyi psixoloji gərginlik stress səviyyəsində olur;

2) həmin dörd saatın əsasən sutkanın qaranlıq vaxtına düşməsi. Məlumdur ki, qaranlıqda görünmə məhdudlaşır və qəza riski, xüsusən də piyadaların vurulması halları artır. Bu amilin təhlükəliliyini artıran digər səbəb Bakı şəhərinin xeyli küçə və prospektlərində süni işıqlandırmanın olmamasıdır;

3) məhz həmin saatlarda tıxaclardan sonra küçə və prospektlərdə nisbətən seyrəlmə baş verir, nəticədə küçə və prospektlərdə daha sürətlə hərəkət mümkün olur. Tıxacda psixoloji gərginlik keçirmiş (bəzən stress yaşamış) sürücünün sürətlə maşın sürmək imkanı qazanması isə son dərəcə təhlükəlidir;

4) belə statistikada az da olsa, sərxoşluq amilinin də rolu var. Çünki 20:00-24:00 radələri müxtəlif xarakterli məclislərin və s. başa çatdığı və sərxoş sürücülərin küçə və yollarda daha çox olduğu vaxtdır.

Beləliklə, hörmətli sürücülər və piyadalar, sutkanın məhz həmin saatlarında, yəni 20:00-24:00 radələrində daha diqqətli olmalısınız.

 

Ərşad Hüseynov,

Yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh