Hüseyn Cavid prospektində yeni piyada keçidi açıldı - FOTO

Bu gün Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində inşa edilən yeni piyada keçidinin açılış mərasimi olub. Avtosfer.az-ın məlumatına görə, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Saleh Məmmədovun iştirakı ilə açılan keçid sakinlərin istifadəsinə verilib. Mərasimdə bildirilib ki, Hüseyn Cavid parkının qarşısında inşa edilən keçidin layihəsi "Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanıb. Yeraltı keçid 2 giriş-çıxışlı, ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkən hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir. Keçiddə təhlükəsizlik kameraları quraşdırılıb və keçid ərazisinin 24 saat müşahidə edilməsi üçün xidməti otaq yaradılıb. Keçidin girişində 28 pilləkən 1 marş, çıxışında isə 27 pilləkən 1 marş var. Yeraltı keçidin gövdə uzunluğu 32.2 metrdir. Keçiddə əlillər üçün pandus da inşa edilib.
Qeyd edək ki, avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilən yeraltı keçidin inşasına 2016-cı ilin sentyabr ayında başlanılıb. Keçid "Azəravroyol" ASC-nin "6 saylı Yol İstismarı" MMC tərəfindən inşa edilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI




















