Hüseyn Həsənov üçün 6 il həbs tələbi - 155 milyon cərimələnə bilər

Rusiya Prokurorluğu çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı bloqer Hüseyn Həsənov üçün 6 il azadlıqdan məhrumetmə və 155 milyon rubl (təxminən 3.3 milyon AZN) cərimə cəzası istəyib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən şəxs beynəlxalq axtarışda olduğu və xaricdə gizləndiyi üçün məhkəmə prosesi qiyabi qaydada keçirilir. İşin materiallarına görə, 2019-2021-ci illər ərzində H. Həsənov büdcəyə 175 milyon rubl (təxminən 3.8 milyon AZN) vergi ödəməyib və bu vəsaitin bir hissəsini daşınmaz əmlaka yatıraraq leqallaşdırıb. Borcunu sonradan ödədiyi üçün vergidən yayınma ittihamı üzərindən götürülüb.
Hazırda BƏƏ-də yaşadığı ehtimal edilən bloqer çirkli pulların yuyulması ittihamını qəbul etmir. Onun vəkili Mixail Yusupov bildirib ki, Həsənov dövlətə ümumilikdə 300 milyon rubla yaxın ödəniş edərək borcunu tam bağlayıb.
Qeyd edək ki, 1994-cü ildə Sankt-Peterburqda doğulan bloqer 2020-ci ildə təşkil etdiyi “Milyonçunun təfəkkürü” onlayn kurslarına görə dələduzluqda ittiham olunaraq qalmaqalla gündəmə gəlmişdi. 20 milyondan çox izləyicisi olan H. Həsənovun adı daha əvvəl də müxtəlif qalmaqallarda hallanıb. Belə ki, azərbaycanəsilli bloqer bundan öncə 2 dəfə Rusiyada axtarışa verilib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












