“Hyundai”ın fəhlələri əmək haqlarının artırılması tələbi ilə tətilə başlayıblar

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motors”un Ulsan şəhərindəki 5 zavodunun fəhlələri əmək haqqı və mükafatların artırılması tələbi ilə bu gündən qismən tətilə başlayıblar. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, şirkətin 51 min üzvü olduğu həmkarlar ittifaqının bu barədə yaydığı məlumatda tətilin sutkada 4-6 saat olmaqla, cümə gününədək davam edəcəyi bildirilir.
Həmkarlar ittifaqı ümid edir ki, tətil şirkət rəhbərliyini işçilərin əmək haqqının qaldırılmasına dair tələblərinin yerinə yetirməsinə vadar edəcək. Şirkət rəhbərliyi ilə həmkarlar ittifaqı arasında əmək haqqının qaldırılmasına dair sonuncu danışıqlar uğursuz nəticələnmişdi. Cümə axşamı günü danışıqların 37-ci raundu keçiriləcək.
Qeyd edək ki, “Hyundai Motors”un fəhlələri aylıq maaşlarının 154 min von (142 ABŞ dolları) qaldırılmasını və şirkətin ötən ilki xalis gəlirinin 30 faizinin mükafat kimi işçilərə paylanılmasını tələb edirlər. “Hyundai Motors”un rəhbərliyi isə aylıq əmək haqqının 40 dollara qədər qaldırılmasını, məvacibin 3 misli üstəgəl 1 milyon von (922 dollar) miqdarında mükafat verilməsini təklif edir. Həmkarlar ittifaqı təklifi rədd edəndən sonra şirkət mükafatı maaşın 3,5 misli üstəgəl 1,5 milyon vona (1382 dollar) qaldırmasını təklif edib.
İl ərzində fəhlələrin keçirdiyi tətillər şirkətə 740 milyon dollar istehsal ziyanı vurub ki, bu da 38 min avtomobil deməkdir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












