İbradi istisna olmaqla Antalyanın hər yerində yanğınlar söndürülüb
Gündəm
7 Avqust 2021 09:10
Oxunub 1000

Türkiyənin Antalya əyalətində meşə yanğınları söndürülüb, ancaq təbii fəlakət İbradi ərazisində davam edir.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.
"İbradi rayonu istisna olmaqla, Antalyada yanğınlar söndürülüb", - Çavuşoğlu bildirib.
Qeyd edilir ki, gələn həftə Türkiyənin cənubunda hava temperaturu kölgədə 50 dərəcəyə qədər arta bilər. Ancaq ekspertlər qeyd edirlər ki, Türkiyədə istirahət günlərində yağışların yağması gözlənilir, bu, vəziyyəti yaxşılaşdıra bilər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













