İbtidai siniflərdə dərslər belə olacaq - VİDEO

“Sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, ibtidai sinifdə təhsil alan şagirdlərin tədrisə əyani şəkildə başlaması planlaşdırılır:
“Amma bu həftədə iki və ya üç dəfə olmalıdır. Epidemioloji situasiya imkan verərsə, ibtidai siniflərin həftədə üç dəfə, əgər yoluxma sayı çoxalarsa, iki dəfə gəlməsini təklif edirik”. Nazir əlavə edib ki, ibtidai təhsil pilləsində 650 min uşağın təhsil almasından söhbət gedir. Bu rəqəmin təxminən 250 min ətrafında olan hissəsi isə Bakı, Sumqayıt və Abşeron ərazisinin payına düşür.
Nazir həmçinin bildirib ki, məktəbəhazırlıq qruplarında 120 minə qədər uşağın təhsil alacağı gözlənilir:
“Ötən illərdə bu səviyyədə təhsil oktyabr ayının 1-də başlayırdı və uşaqlar həftədə 4 dəfə olmaqla məktəbə gedirdilər. Uyğunlaşdırılmış modeldə də biz bu qruplarda tədrisi oktyabr ayının 1-dən başlamağı planlaşdırırıq. Amma sinifdaxili sıxlığı azaltmaq üçün qruplar iki yerə bölünməli və hər qrup həftədə iki dəfə məktəbə gəlməlidir. Bu rejimdə noyabr ayının 2-dək işləyə bilsək, bu təhsil alanlar üçün də, təhsil verənlər üçün də uğur hesab edilə bilər”.
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası










