İcazə verilən saatlarda avtobus zolağından istifadə edən sürücülər niyə cərimələnir? - AÇIQLAMA

Bildiyimiz kimi, avtobus zolaqlarına digər avtomobillərin girişi qadağandır. Lakin yol kənarlarında quraşdırılmış lövhələrdə əks olunur ki, müəyyən saat aralığında digər avtomobillərin də həmin zolaqda hərəkətinə icazə var. Bəzi sürücülər deyir ki, avtobus zolağından icazə verilən saatda istifadə etmələrinə baxmayaraq, cərimə gəlib.
Əgər icazə varsa, cərimə necə gələ bilər? Bu məsələdə sürücülər nəyə diqqət etməlidir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu problemin bir neçə səbəbi var:
“Həqiqətən də, yol hərəkəti haqqında müəyyən edilmiş formada əlavə məlumat lövhələrində avtobus zolağına girmək üçün icazə saatları göstərilir. Bu, yenilik olmasa da, son vaxtlar bəzi vətəndaşların avtobus zolaqlarından icazə verilən müddətdə istifadə etməsinə baxmayaraq, cərimələndikləri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşıram. Bu məsələdə müxtəlif yanaşma var.Fikrimcə, səbəblərdən biri sürücülərin başqa yerdə qayda pozub, cəriməni avtobus zolağına görə gəlməyini düşünmələridir. Texniki səbəblərdən ötrü də səhvən cərimə göndərilmiş ola bilər. Məlumat löhvələri hər yerdə olmadığı üçün bəziləri elə başa düşür ki, hansısa küçədə 17:00-20:00 saat aralığında icazə varsa, istənilən küçədə bunu edə bilərlər, lakin, bu, belə deyil”.

Ekspert qeyd edib ki, hansısa sürücü ona səhv cərimənin gəldiyini düşünürsə, müraciət edə bilər:
“Hər bir halda bu, faciə deyil. Müraciət edən kimi aidiyyəti orqanlar məsələyə baxır və doğrudan da yanlışlıq olubsa, cəriməyə xitam verilir”.
O, sonda sürücüləri diqqətli olmağa çağırıb:
“Bildiyimiz kimi, avtobus zolağına daxil olmanın cəzası 3 bal və 100 manat cərimədir. Yenə də son dərəcə diqqətli olmaq lazımdır ki, belə hallar yaşanmasın”.
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










