İcazəsiz kiminsə foto və ya videosunu çəkmək məsuliyyət yaradırmı? - Hüquqi İZAH

Şəhərin mərkəzində mütəmadi olaraq fotoqraflara rast gəlirik ki, onlar insanların xəbəri olmadan fotolarını çəkirlər. Bir çoxları şəkillərini çəkdiyi şəxsə yaxınlaşıb onun icazəsini alsa da, əksəriyyəti buna əməl etmir. Bu durum kimlərinsə xoşuna gəlsə də, insanların bir çoxunun qəzəbinə səbəb olur. Çünki ailəsi, dostları, yaxınları ilə istirahət etmək üçün şəhərin mərkəzinə yollanan vətəndaşların məxfi təhlükəsizliyinə zərər dəymiş olur.
Maraqlıdır, kiminsə icazəsiz foto və ya videosunu çəkmək məsuliyyət yaradırmı
Avtosfer.az xəbər verir ki, hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirrib ki, şəxsi həyata müdaxilə cinayət məsuliyyəti yaradır:
“Bizdə Konstitusiyanın 32-ci maddəsində qeyd edilib ki, razılığı olmadan heç kimin şəkil və ya videosunu çəkmək, səsini yazmaq olmaz. Konstitusiyada bu formada qeyd olunsa da, insan küçədədir, kimsə onun şəklini çəkib paylaşırsa və bu, şəxsi həyata müdaxilə deyilsə, cinayət məsuliyyəti yaratmır. Eyni zamanda ictimai adamların, deputatların, dövlət və ya incəsənət xadimlərinin şəkil və ya videosunun çəkilməsi qadağan oluna bilməz. Digər şəxslərin isə xəbəri olmadan çəkilən şəklə və ya videoya etiraz etmək hüququ var. Bu, inzibati məsuliyyət yaradır. Amma yenə qeyd edirəm ki, şəxsi həyata müdaxilə, fərdi söhbətlərin yayılması birbaşa cinayət məsuliyyəti yaradır”, - deyə hüquqşünas əlavə efib.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










