İçindəki 212 ədəd paltaryuyan və qabyuyanla birgə yanan TIR-a sığorta ödənişi olacaq? - VİDEO

Bakıda içərisi məişət əşyaları ilə dolu olan və boşalmaq üçün terminalın həyətində sıra gözləyən TIR anidən alışıb. Yük avtomobilindəki 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Alov güclü olduğundan yaxınlıqdakı digər TIR və yükü də qismən yanıb. Yük sahiblərinə küllü-miqdarda maddi ziyan dəyib.
Bu fakt yüklərin sığortalanması məsələsini yenidən gündəmə gətirir. Bəs xaricdən gətirilən və ya daxildə daşınan yüklər sığortalanırmı?
Sığorta üzrə ekspertlər deyirlər ki, beynəlxalq yükdaşımaların sığortası icbaridir. Ancaq Azərbaycan daxilində yüklərin daşınması könüllü növ hesab edilir. Buna görə də yüklərin sığortalanması o qədər aktual deyil.
Ekspert Vüsal Bədəlov deyir ki, daşıma şirkətləri və yük sahibləri bu sığorta məhsulunu almaqda maraqlı olmalıdır. Əks halda, həm daşıma şirkəti, həm də sahibkar ciddi maliyyə itkisi ilə üzləşə bilər. Yük sığortasının tarifləri əsasən daşınan yükün dəyərinin 2%-ə qədərini təşkil edir. Sığorta haqları isə daşınan yükün dəyəri, strukturu, risk kateqoriyasından asılı olaraq dəyişir.
Ekspert onu da qeyd etdi ki, əgər yanğın zamanı yükün sığortası olubsa, bu zaman sahibkara dəyən zərər ödənilir.
Daha ətraflı videomaterialda.
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı









