Nahid Bağırov İsmayıllıdan xaricə ixrac ediləcək velosipedlərdən DANIŞDI - FOTO

“İsmayıllı Velosiped İstehsalı Zavodu” MMC artıq yerli bazarla yanaşı, xaricə də məhsul ixrac edir”. Bu barədə oxu.az-a İsmayıllı rayonunun icra başçısı Nahid Bağırov məlumat verib.
O bildirib ki, icra başçısı təyin olunduğu dövrdən zavod fəaliyyətə başlayıb və investorlar da cəlb olunublar:
“Artıq iki ildir, zavodun fəaliyyəti bərpa edilib. Təkcə ötən il 50 min velosiped istehsalı üçün zəruri olan hissələr alınaraq Azərbaycana gətirilib. Həmin hissələr Yaponiyadan, Çindən və digər ölkələrdən alınır. Hissələr burada sadəcə olaraq birləşdirilir və yerli bazara satışa çıxarılır. Xarici ölkəyə də ixrac edilən velosipedlər var. Onu da qeyd edim ki, artıq investorlar da dəyişiblər, zavodun fəaliyyətinin də genişləndirilməsi planlaşdırılır”.
İcra başçısı gələcəkdə İsmayıllıda əlilliyi olan şəxslər üçün nəzərdə tutulan əlil arabalarının da istehsalına başlanılması ilə bağlı fikirlərin olduğunu diqqətə çatdırıb:
“Gələcəkdə bir çox yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə investorlarla, aidiyyəti qurumlarla danışıqlar da aparılır. Əlilliyi olan şəxslər üçün həm mexaniki, həm də elektron arabaların istehsalına başlamağı düşünürük”.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI











