İcra başçısı təcili Saray körpüsünə niyə gedib? - FOTOLAR

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində inşa edilən yeni körpünün tikintisi son mərhələyə çatıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən aparılan işlər sürətlə davam etdirilir və yaxın zamanda körpünün tam istifadəyə verilməsi planlaşdırılır.
Üç aşırımdan ibarət olan yeni körpünün uzunluğu 104 metr, ümumi eni isə 21,6 metr təşkil edir. Dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub. Tikinti işlərinin vaxtında tamamlanması üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.
Qeyd edək ki, Sumqayıt-Saray yolunda yerləşən və 1970-ci illərdə inşa edilən əvvəlki körpü istismara yararsız vəziyyətdə olduğu üçün sökülüb və yerində müasir tələblərə cavab verən yeni körpü inşa edilir.
Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tikinti ərazisinə baxış keçirib, görülən işlərlə tanış olub. Məlumata görə, körpü istifadəyə verildikdən sonra yolda genişləndirmə işləri aparılacaq, piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq. Bununla bağlı qərara alınıb ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın.











Dünyada ictimai nəqliyyat qiymətləri necədir? - ARAŞDIRMA
2025-ci ildə nəqliyyat infrastrukturunda hansı işlər görüldü? – RƏSMİ AÇIQLAMA - VİDEO
Dollar zəifləyir - Bəs manatı nələr gözləyir? - VACİB PROQNOZ
Bakının 20 küçəsində tıxac var - SİYAHI
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi
Maneələrə baxmayaraq, ABŞ Qrenlandiyaya sahib olmağı bacaracaq- SİYASİ ŞƏRHÇİ
Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO
Müştərinin aptekdən aldığı dərmana görə “Leobank” keşbek verməkdən imtina edir – ŞİKAYƏT - FOTO
Nağd parklanma ödənişləri qanunsuzdur - Nazir müavini
Nərimanovda bu küçə də piyadalaşdırılacaq - RƏSMİ AÇIQLAMA
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA











