İcra başçısından korrupsiya əməliyyatı xəbəri ilə bağlı açıqlama - Hamısı şaiyədir
Gündəm
8 Fevral 2021 14:58

Daşkəsən rayon icra başçısı Əhəd Abıyev rayonda bir sıra vəzifəli şəxslərə qarşı korrupsiya əməliyyatlarının keçirilməsi haqda mediada yayılan məlumatlara münasibət bildirib. İcra başçısı Əhəd Abıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, saxlanılan keçmiş məsul şəxslər vətəndaşın şikayəti ilə məsuliyyətə cəlb ediliblər: "Bir sıra xəbər saytlarında yayılmış guya "Daşkəsəndə korrupsiya əməliyyatı keçirilib” başlıqlı yazılara cavab olaraq bildirirəm ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilməyib.
Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 2015-ci ilədək müdiri işləmiş Mehdiyev Şahbaz Əliş oğlu 2007-ci ildə aparılmış torpaq sənədləşdirməsinə dair vətəndaş Əliyev Cəlal Məhəmməd oğlunun şikayəti əsasında Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə saxlanılıb.
Birmənalı olaraq bildirirəm ki, Daşkəsən rayonunda korrupsiya əməliyyatlarının keçirilməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar yalan və şayiədir”.
Oxunub : 1496
DİGƏR XƏBƏRLƏR
21 Mart 2026 19:42
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
21 Mart 2026 17:31
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
21 Mart 2026 16:52
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
21 Mart 2026 16:16
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
21 Mart 2026 15:00
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart 2026 09:00
21 Mart - Beynəlxalq Novruz Günüdür
20 Mart 2026 22:00
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
20 Mart 2026 20:12
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
20 Mart 2026 20:00
Dizellə bağlı rəsmi məlumat
20 Mart 2026 19:48
Azərbaycana yaz fəsli daxil olub
20 Mart 2026 18:12
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
20 Mart 2026 15:11
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
ŞƏRH YAZ










