Banner

İcra başçısının müavini və məktəb direktoru koronavirusa yoluxub

Gündəm 18 İyun 2020 12:10 Oxunub 1148
İcra başçısının müavini və məktəb direktoru koronavirusa yoluxub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda məktəb direktoru koronavirusa yoluxub. Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızı iyunun 14-də koronovirus (COVID-19) diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Təhsil Nazirliyindən bildirilib ki, məktəb direktorunun səlahiyyətləri iyunun 16-dan Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib.

Məlumat üçün bildirək ki, A.Əliyeva Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyevin həyat yoldaşıdır. İcra başçısının müavini də koronavirusa yoluxub və o da Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicəyə alınıb. (“Report”)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh