Banner

İcra başçısının qardaşı özünü güllələdi - YENİLƏNİB

Gündəm 26 İyul 2023 19:00 Oxunub 784
İcra başçısının qardaşı özünü güllələdi  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.

Bu barədə Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib.

Hadisə onun yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində qeydə alınıb. (report)

***

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı intihar edib.

Avtosfer.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, icra başçısının qardaşı Azər Qaraşov bu gün yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində özünü güllələyib.

O, hadisə yerində vəfat edib.

Qeyd edək ki, xeyli vaxt müxtəlif vəzifələrdə çalışmış Azər Qaraşov hazırda işsiz idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh