Banner

İcra Hakimiyyəti ön cəbhədə döyüşən əsgərin tikilməkdə olan evini söküb - FOTO

Gündəm 15 Noyabr 2020 11:45 Oxunub 5500
İcra Hakimiyyəti ön cəbhədə döyüşən əsgərin tikilməkdə olan evini söküb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qurbanov İlman Daşdəmir oğlu "Vətən" müharibəsinin ilk günlərindən könüllü olaraq Müzəffər Ordumuzun sıralarına qatılıb. Bu barədə əsgərimizin qardaşı İldırım Qurbanov Avtosfer.az-a məlumat verib. "Hal-hazırda da döyüş bölgəsindədir. Döyüşə getməzdən öncə Binə qəsəbəsində, Suraxanı rayonun ərazisində yerləşən yaşayış massivində özünə ev tikirdi. Evi 8 daş qaldırmışdı. Orduya gedəndən sonra tikinti dayandı. Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin işçiləri (Hövsan icra nümayəndəliyini əməkdaşları da ola bilər) texnika gətirib və tilkilini dağıdıb. Şahidlərin sözlərinə görə, gələn şəxslər   süd rəngində olan 902 nömrəli "Prado"da olublar. Heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən tikintini darmadağın ediblər."

Fotoları təqdim edirik:

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh